
Reklam
02 İyul 2026, 11:00
88
Kiyev ballistik raketlərlə vurulub, xəsarət alanlar var
Rusiya ordusu iyulun 2-nə keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edir.
Hava hücumu zamanı zərbə dronları və müxtəlif tipli raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə olunur.
Kiyevdə hava hücumundan müdafiə sistemi aktiv işə düşüb.
Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında yazıb ki, zərərsizləşdirilən dronun qalıqları Şevçenko rayonunda hotellərin birində dağıntılara səbəb olub. Şevçeno rayonunda 5 nəfər xəsarət alıb.
Hadisə yerində tibb işçiləri işləyir.
Qolosevski rayonunda çoxmərtəbəli yaşayış binasının damı yanır.
Təcili yardım xidmətləri hadisə yerinə gedir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





