Qızıl ehtiyatlarını ölkələrinə daşıyırlar

Mərkəzi banklar Nyu-York və Londondakı anbarlarda saxlanılan qızıl ehtiyatlarını daha fəal şəkildə öz ölkələrinə geri qaytarmağa başlayıblar.

Dünya Qızıl Şurasının (WGC) məlumatına görə, sorğuda iştirak edən mərkəzi bankların 9 faizi son 12 ay ərzində ölkə daxilində saxladıqları qızıl ehtiyatlarının həcmini artırıb. Ötən il bu göstərici 5 faiz təşkil edirdi.

Bununla yanaşı, sorğuda iştirak edən bankların 10 faizi xaricdə yerləşən qızıl anbarlarını şaxələndirdiklərini bildirib. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl bu göstərici cəmi 2 faiz olub.

Hazırda dünyanın ən böyük qızıl saxlama mərkəzləri Nyu-Yorkda - "Nyu-York Federal Ehtiyat Bankı"nda (təxminən 900 milyard dollar dəyərində 500 mindən çox külçə) və Londonda - "İngiltərə Bankı"nda (təxminən 800 milyard dollar dəyərində 400 minə yaxın külçə) yerləşir.

WGC qeyd edib ki, bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir. Sorğuda iştirak edən mərkəzi bankların 7 faizi gələn il ölkə daxilində qızıl ehtiyatlarını artırmağı, 9 faizi isə xaricdəki saxlama yerlərini daha da şaxələndirməyi planlaşdırdıqlarını açıqlayıb.

Dünya Qızıl Şurası mərkəzi bankların qızılı öz ölkələrinə qaytarmaq istəyinin konkret səbəblərini açıqlamayıb. Bununla belə, qızıl ehtiyatlarının saxlanılması və artırılması ilə bağlı qərarlara təsir edən əsas amillərdən biri kimi sorğu iştirakçılarının 85 faizi geosiyasi risklərdən qorunmanı göstərib.

WGC-nin beynəlxalq əməkdaşlıq üzrə rəhbəri Şaokay Fan "Financial Times"a müsahibəsində bildirib ki, geosiyasi narahatlıqlar və qızıl ehtiyatlarına daimi çıxış imkanının məhdudlaşa biləcəyi ilə bağlı ehtiyatlar külçələrin ölkələrə geri qaytarılması və saxlama məkanlarının şaxələndirilməsi tendensiyasını gücləndirən əsas səbəblərdəndir.(oxu.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR