180 illik sirr açıldı

1845-ci ildə Arktikada itkin düşən məşhur Franklin ekspedisiyasının bəzi üzvlərinin kimliyi təxminən 180 ildən sonra DNT analizləri vasitəsilə müəyyən edilib.

İngiltərədən yeni dəniz marşrutu tapmaq məqsədilə yola çıxan Con Franklinin rəhbərlik etdiyi ekspedisiyada həlak olan dörd dənizçinin qalıqları müasir genetik texnologiyalar sayəsində tanınıb.

Alimlər Arktikada tapılmış sümük fraqmentlərini ekspedisiya üzvlərinin nəslindən götürülən DNT nümunələri ilə müqayisə edərək nəticəyə gəliblər. Müəyyən olunan şəxslərin “HMS Erebus” və “HMS Terror” gəmilərində xidmət etdikləri bildirilib.

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri uzun illər kimliyi mübahisə doğuran Harri Peqların qalıqlarının müəyyən edilməsi olub. Onun fərqli rütbəyə aid forma ilə tapılması səbəbindən illərlə yanlış tanındığı qeyd edilir.

DNT analizləri nəticəsində həmin qalıqların, həqiqətən, Peqlara məxsus olduğu təsdiqlənib və bununla da 166 illik mübahisəyə son qoyulub.

Alimlər hesab edirlər ki, dənizçi intizam pozuntusuna görə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra başqa forma geyinmiş ola bilər.

Araşdırma zamanı ekspedisiyada həyatını itirən şəxslərin şəxsi həyatları barədə də yeni məlumatlar əldə olunub. Onların arasında 11 yaşında dənizçiliyə başlayan musiqiçi və 17 yaşında ekspedisiyaya qatılan gənc heyət üzvünün olduğu bildirilir.

Bildirilir ki, gələcəkdə digər qohumlardan götürüləcək DNT nümunələri vasitəsilə Franklin ekspedisiyasının daha çox qurbanının kimliyini müəyyən etmək mümkün olacaq. (Qafqazinfo)

SON XƏBƏRLƏR

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

BÜTÜN XƏBƏRLƏR