Son 20 il ərzində Yer kürəsi daha çox istilik udmağa başlayıb

ABŞ-ın Ohayo ştatının Hampton şəhərindəki NASA-nın Langley Tədqiqat Mərkəzindən Norman Loebin rəhbərlik etdiyi tədqiqatçılar qrupu peyk məlumatlarını təhlil edərək Şimal və Cənub yarımkürələri arasında əvvəllər məlum olmayan fərqi aşkara çıxarıblar.

NASA-nın məlumatına görə, 2001-ci ildən 2024-cü ilə qədər Yer tədricən qaranlıqlaşıb, yəni, Günəş işığını daha az əks etdirir. Üstəlik, alimlərin fikrincə, dəyişikliklər Şimal yarımkürəsində Cənub yarımkürəsindən daha çox nəzərə çarpır.

2001-2024-cü illər arasında peyk məlumatlarını təhlil edən araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, Cənub yarımkürəsi orta hesabla atmosferin yuxarı qatında parlaq enerji alır, Şimal yarımkürəsində isə xalis itki var. Lakin əvvəlki tədqiqatlar göstərib ki, tarazlığın pozulması ekvator boyunca enerjini cənubdan Şimal yarımkürəsinə daşıyan atmosfer və okean sirkulyasiyası ilə kompensasiya edilir.

Yeni araşdırma isə göstərir ki, bu dəyişiklik fərqləri tam kompensasiya edə bilməz.

Alimlər qeyd edirlər ki, günəş radiasiyasının hər kvadratmetrə orta hesabla 240-243 vatt istehlakı ilə onillikdə hər kvadratmetrə 0,34 vatt sapma fərqi o qədər də böyük deyil. Buna baxmayaraq, bu dəyər statistik cəhətdən əhəmiyyətlidir.

Şimal və Cənub yarımkürələrində müşahidə olunan fərqlər atmosferdəki su buxarının və buludların tərkibindəki dəyişikliklər, eləcə də Yerin səthində albedonun (səthlərin əks etdirmə qabiliyyəti) dəyişməsi ilə izah edilə bilər.

Buz və qar günəş işığını qaya və sudan daha çox əks etdirir. Tədqiqatçıların fikrincə, Şimal yarımkürəsinin qaranlıqlaşması dəniz buzunun və qar örtüyünün azalması ilə bağlıdır.

Bundan əlavə, günəş işığının aerozollarla - atmosferdəki kiçik hissəciklər ilə qarşılıqlı təsiri mühüm rol oynayır. Bu hissəciklər kondensasiya nüvələri kimi çıxış edərək buludların əmələ gəlməsini təşviq edir və bu, öz növbəsində, günəş radiasiyasını əks etdirməyə kömək edir.

Tədqiqatçılar müşahidə olunan tendensiyanı, məsələn, Avropa, ABŞ və Çində ətraf mühitin mühafizəsi tədbirləri nəticəsində Şimal yarımkürəsində incə hissəciklərin çirklənməsinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndiriblər.

2021-2022-ci illərdə Avstraliyada baş verən yanğınlar və Cənubi Sakit okeanda Hunqa-Tonqa vulkanının püskürməsi Cənub yarımkürəsində aerozolların artmasına səbəb olub.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR