Günəş sisteminin 3-cü qonağı 3I/ATLAS oldu

ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) Günəş sistemində növbəti ulduzlararası obyekti aşkar edib. Koma və quyruq strukturu müşahidə olunduğundan obyekt komet kimi təsnifləndirilib və 3I/ATLAS adlandırılıb.

7 sentyabr Ay tutulması zamanı çəkilən fotolarda kometin yaşıl işıq saçdığı görünüb. Günəş sistemi kometlərini yaşıl işıq saçması adi haldır və adətən bunu Günəşin istisindən buxarlanmağa başlayan dikarbon (C2) molekulu yaradır. Lakin astronomlar  3I/ATLAS-ın kimyəvi tərkibini  Ceyms Vebb teleskopunun vasitəsilə araşdıraraq, onun kimyəvi tərkibinin bildiyimiz kometlərdən tamailə fərqli olması qənaətinə gəliblər. Belə ki, onlar kometin tərkibində CO2, Ni və CN izləri tapıblar. Həmçinin Miçiqan Universitetinin alimləri kometdə C2 və C3 tipli karbon zəncirlərinin də çox az olduğunu ortaya çıxarıb.

3I/ATLAS   1I/Oumuamua  və   2I/Borisovdan   sonra Günəş sisteminə daxil olan üçüncü ulduzlararası cisimdir və onların arasında ən böyük eksentrisitetə malikdir. Vera Rubin  rəsədxanasının ölçmələrinə əsasən nüvənin diametri təxminən 11 km-dir. Komet kosmik fəzada təxminən 58 km/s sürətlə hərəkət edir.

Kometin 3 oktyabrda Marsa yaxınlaşacağı gözlənilir və bu zaman onu MRO (Mars Reconnaissance Orbiter) müşahidə edə bilər. 29 oktyabrda o, Günəşə maksimum yaxınlaşacaq və təxminən 1,36 a.v məsafədən keçəcək. Astronomlar hesab edirlər ki, bu zaman 3I/ATLAS-ın quyruğu bildiyimiz kometlərdəki kimi uzanacaq və kimyəvi tərkibin daha dəqiq təyin olunması mümkün olacaq. Kometin parlaqlığının pik nöqtəsi 12 noyabr üçün proqnozlaşdırılır, 19 dekabrda isə Yerə ən yaxın mövqedə — təxminən 1,8 a.v məsafədə olacaq. Qeyd edək ki, oktyabrda komet perihelidə olduğundan Günəş şüalarında itəcək və onu yalnız ayın son günlərindən dekabra kimi səhər səmasında Günəş doğmamışdan əvvəl müşahidə etmək mümkün olacaq. Hal-hazırda kometin parlaqlığı 12m–14m aralığındadır. Bu ölçü isə nəinki adi gözlə, hətta həvəskar teleskopla müşahidə üçün də kifayət qədər zəifdir və böyütmə gücü kifayət qədər yaxşı olan teleskop tələb olunur. 

Harvard universitetindən astrofizik Avi Loub 3I/ATLAS-ın yadplanetli texnologiyası ola biləcəyini irəli sürüb. Bu fikir isə digər mütəxəssislər tərəfindən kəskin tənqid olunub və  onlar bildiriblər ki, hazırda bu iddianı təsdiqləyən heç bir əsaslı sübut mövcud deyil.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR