Təyyarə böyüklüyündə asteroid Yerin yanından keçəcək

Sabah təyyarə böyüklüyündə bir asteroid Yer kürəsinin yanından keçəcək.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, 2025 QV9 adlanan nəhəng asteroid Yerə doğru sürətlə yaxınlaşsa da, onun keçidi planet üçün heç bir təhlükə yaratmır.

Təxminən 33 metr enində olan və təyyarə böyüklüyündəki bu kosmik qayanın planetimizə ən yaxın keçidini edəcəyi gözlənilir. Sürəti saatda 16 min km-dən çox olan bu cisim Yerdən təqribən iki milyon kilometr məsafədə olacaq. Bu məsafə təhlükəsiz görünsə də, kosmos mütəxəssisləri tərəfindən astronomik baxımdan “nisbətən yaxın” hesab olunur.

Bir cismin təhlükəli hesab olunması üçün onun 7,4 milyon kilometrdən yaxın keçməsi və 85 metrdən geniş olması əsas götürülür. 2025 QV9 məsafə kriteriyasına uyğun gəlsə də, cəmi 33 metr enində olduğu üçün təhlükəli sayılmır.

Alimlər gələcəkdə mümkün orbit dəyişikliklərinə qarşı bu asteroidi yaxından izləməyə davam edirlər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR