
Reklam
17 İyun 2022, 11:05
767
“Coca-Cola” Rusiyada fəaliyyətini dayandırır
"Coca-Cola" şirkəti rəsmi şəkildə Rusiyadakı "Coca-Cola" və digər brend içkilərin (o cümlədən "Sprite", "Fanta" və "Dobrıy" şirəsi) istehsalını və satışını dayandıracağını açıqlayıb.
Gazette.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə news.ru saytı məlumat yayıb.
Bildirilir ki, "The Coca-Cola Company" hələ martda Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiyada işgüzar fəallığını azaldacağını bəyan etmişdi.
Buna baxmayaraq, şirkətin Nijni Novqoroddakı zavodu işləməyə davam edirdi.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





