Yunan sərhədçiləri əfqan miqrantı güllələyib
Dünya
14.06.2022 / 11:05
Yunan sərhədçiləri Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə cəhd edən əfqan miqrantı güllələyib.
Gazette.az APA-ya istinadən bildirir ki, bu barədə türk polisi məlumat yayıb. Ədirnə əyalətinin polis idarəsi faktı təsdiqləyib.
Doğan Xəbər Agentliyinin məlumatına görə, yunan sərhədçiləri ölkəyə qanunsuz daxil olmaq istəyən 8 əfqan miqrantdan ibarət qrupa atəş açıb. Nəticədə 1 nəfər ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay