Günəş enerjisi ilə qızdırılan fırlanan ev
Dünya
13.06.2022 / 11:05
"Solaleyya Designs" arxitektura studiyası tərəfindən hazırlanan "Domespace" adlanan taxta ev əslində unikal dizayna malikdir və günəş enerjisi ilə qızdırılır.
Gazette.az AZƏRTAC-a istinadən bildirir ki, evin günbəzi fırlanan dayağa quraşdırılıb. Bunun sayəsində isə günəş panelləri olan günbəz günəşin olduğu istiqamətə çevrilə bilir.
Bundan əlavə, onun aerodinamik forması istənilən təbii fəlakətlərə qarşıdır.