ÜST: Meymunçiçəyinin digər qeyri-endemik ölkələrə keçmə riski realdır
Meymunçiçəyinin qeyri-endemik ölkələrə keçmə riskinin realdır.
Gazette.az xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Qebreyesus vurğulayıb ki, ÜST virusun həssas əhali qrupları, o cümlədən uşaqlar və hamilə qadınlar arasında yayılma risklərindən xüsusən narahatdır.
"Bəzi ölkələr indi açıq şəkildə cəmiyyətə yoluxma halları, o cümlədən bəziləri yoluxma hallarının qadınlarda aşkarlandığını bildirməyə başlayır", - ÜST rəhbəri əlavə edib.
Təşkilat rəhbərinin sözlərinə görə, meymunçiçəyinə 29 ölkədə 1 000-dən çox yoluxma qeydə alınıb.
"Hazırda ÜST-də bu xəstəlik üçün 29 ölkədən endemik olmayan 1 000-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. İndiyədək bu ölkələrdə bir dəfə də olsa, ölüm halı qeydə alınmayıb", - baş direktor bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay