BAKU Azərbaycan
19.03 °C

İranda dəbdəbəli ev sahibləri daha çox əmlak vergisi ödəyəcəklər

İranın İqtisadiyyat və Maliyyə İşləri Nazirliyi "Dəbdəbəli evlərin vergisi haqqında" Qanunun icrası ilə bağlı tədbirlər planı hazırlayaraq Nazirlər Şurasına təqdim edib.

Gazette.az AZƏRTAC-a istinadən bildirir ki, bu qanun uzun müddət İranda mövcud olsa da, icra olunmayıb və vergilər tutulub dövlət büdcəsinə ödənilməyib. Ötən il vergi orqanları əmlak vergisi yığaraq büdcəyə vəsait ödəyiblər. Bu ödənişlər arasında dəbdəbəli evlərdən tutulan vergi sıfıra bərabər olub. Möhtəşəm evi olanlarla sadə ev sahibləri eyni məbləği ödəyiblər.

Gələn aydan başlayaraq İranda villa sahibləri evin hər kvadratmetrinə görə sadə vətəndaşlardan daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar.