BAKU Azərbaycan
17.03 °C

"Turkish Airlines" daxili reyslərdə maska taxmaq tələbini ləğv edib

Bu gün “Turkish Airlines” aviaşirkətinin baş direktoru Bilal Ekşi daxili reyslərdə qoruyucu maskanın ​​taxılmasının məcburi qaydasının ləğv edildiyini açıqlayıb.

Bu barədə o, özünün "Twitter" səhifəsində "Turkish Airlines"ın daxili reyslərində maska taxmaq tələbinin ləğv olunması ilə bağlı suala müsbət cavab verib.

Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı olaraq fərqlənir.

Qeyd edək ki, dünən Türkiyədə ictimai nəqliyyatda qoruyucu maska taxmaq tələbi ləğv edilib.

 

 

report