
Reklam
27 May 2022, 15:08
603
ABŞ-da yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var
ABŞ-ın Pensilvaniya ştatının Pottstaun şəhərində yaşayış binasında partlayış nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.
Gazette.az NBC telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yaralılar hospitala yerləşdirilib. Onların səhhəti və hadisənin səbəbi barədə məlumat verilməyib.
Bildirilib ki, partlayış olan əraziyə ştatın yanğından mühafizə idarəsi, odlu silah və partlayıcı maddələr üzrə büronun əməkdaşları cəlb olunub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





