Rusiyanın “troll fabriki” üzə çıxdı

Rusiya Ukraynaya qarşı müharibə meydanında olduğu kimi, kiberaləmdə də mübarizə aparır.

Gazette az  "qafqazinfo"-ya istinadən xəbər verir ki, Böyük Britaniya tərəfindən aparılan araşdırma zamanı Rusiyanın ciddi sərmayə ilə qurduğu troll ordusu ilə manipulyasiya yollarına əl atması məlum olub.

Böyük Britaniya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı araşdırmalarından birində təəccüblü nəticəyə gəldiyini açıqlayıb.

Bildirilib ki, Sankt-Peterburqdakı keçmiş silah fabrikində yerləşdirilən rus internet trolları dünya liderlərini hədəfə alır və bununla da Vladimir Putinə və Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək mesajları yayırlar.

Tədqiqatın nəticələrini böyük onlayn platformalar və digər hökumətlərlə bölüşməyi planlaşdıran Böyük Britaniyanın əməliyyat rəhbərləri Qərb mərkəzli media qurumlarını və siyasətçiləri hədəfə almaq üçün trollara sifariş verildiyini aşkar ediblər.

"Troll fabriki" kimi təqdim edilən qurumun Yevgeni Priqojinlə əlaqəli olduğu iddia edilir. Priqojin tərəfindən qurulan "İRA" və ya "Qlavset" kimi tanınan İnternet Araşdırmaları Agentliyinin 2016-cı ildə Donald Trampın qalib gəldiyi ABŞ seçkilərinə də müdaxilə etdiyi iddia edilib.

Troll komandasının hədəfləri siyahısında Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin adı var.

Araşdırma zamanı tiktokda "influencer"lara Rusiyayönümlü hekayələri gücləndirmək üçün pul verildiyi də bildirilib.

Tviter və feysbukda da fəaliyyətlər aşkar edilsə də, xüsusilə, instaqram, yutub və tiktokda intensiv olduğu bildirilir.

Yaradılan şəbəkədə əsas rolu Rusiyanın Ukrayna müharibəsi üçün simvoluna çevrilmiş "Z" hərfi əsasında qurulan "Cyber ​​​​Front Z" adlı telegram kanalı oynayır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR