BAKU Azərbaycan
22.03 °C

"SpaceX" Bəhreyndə "Starlink"in istismarına icazə alıb

Bəhreynin telekommunikasiya tənzimləyicisi ABŞ-ın "SpaceX" şirkətinin "Starlink" peyk rabitə sisteminin ölkədə istismarı üçün icazə verib.

Gazette az xəbər verir ki, bu barədə "Bəhreyn" informasiya agentliyi xəbər yayıb.

Qərarı şərh edən telekommunikasiya tənzimləyicisinin direktoru Filip Marnik bildirib ki, "[Bəhreynin] üstün rəqabət qabiliyyəti və açıq bazarı onu yeni xidməti təqdim etmək üçün ideal yerə çevirir".

Agentlik qeyd edir ki, Bəhreyn regionda "Starlink"in istismarına icazə verən ilk ölkə olub.