Avropa İttifaqı sosial platformalara qarşı ciddi qaydalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) feysbuk, yutub və tviter kimi sosial platformaların məzmununun istifadəçilər üçün daha təhlükəsiz olmasını təmin edəcək qanunu qəbul etməyə hazırlaşır.

Gazette az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası tərəfindən "Rəqəmsal xidmətlər qanunu" ilə bağlı aparılan müzakirələr nəticəsində razılıq əldə edildiyi açıqlanıb. Yeni qanunla sosial platformalara qarşı sərt qaydalar nəzərdə tutulur. Belə ki, onlayn platformaların qanunsuz və zərərli məzmuna görə məsuliyyəti artırılacaq. Platformalar sahib olduqları məzmuna ciddi nəzarət edəcəklər. Bu, real həyatda qeyri-qanuni qəbul edilənin internet resurslarında da qanunsuz qəbul olunması prinsipinə əsaslanacaq. İnternet istifadəçilərinin hüquqları daha yaxşı qorunacaq. Platformalar onlara bildirilən qeyri-qanuni məhsulları, xidmətləri və məzmunu tez bir zamanda silməli olacaqlar.

Qanuna əsasən, rəqəmsal platformalarda dezinformasiyanın qarşısı alınacaq və platformaların alqoritmlərinin şəffaflığı artırılacaq. Yetkinlik yaşına çatmayanlar onlayn rejimdə daha yaxşı qorunacaqlar. Yetkinlik yaşına çatmayanlara birbaşa reklam qadağan olunacaq. Qeyri-qanuni və ya zərərli məzmunun yayılmasında yaratdığı xüsusi risklərə görə onlayn platformalar əlavə məsuliyyət daşıyacaqlar.

Aİ-də 45 milyondan çox istifadəçisi olan əsas rəqəmsal platformalar və axtarış sistemləri daha sərt qaydalara əməl etməli olacaqlar. Bu rəqəmsal platformaların fəaliyyəti Aİ Komissiyası tərəfindən yoxlanılacaq. Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər. Təkrar qayda pozuntuları aşkarlanarsa sözügedən rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR