BAKU Azərbaycan
17.03 °C

Yaponiya hökuməti itkin düşmüş kruiz gəmisində 11 sərnişinin öldüyünü təsdiq edib

Hokkaydo adası yaxınlığında itkin düşmüş KAZU 1 adlı kruiz gəmisində azı 11 sərnişininin meyitləri tapılıb.

Gazette az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Yosihiko İsodzaki məlumat verib.

Daha 15 nəfər itkin düşüb, gəmi hələ də tapılmayıb.

Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.

Xatırladaq ki, aprelin 23-də gəmi ekipajı mühərriklə bağlı problemlər səbəbindən batma haqqında həyəcan siqnalı göndərib.