Çin Yer kürəsini asteroidlərdən qorumağı planlaşdırır

Çin Milli Kosmik İdarəsi (ÇMKİ) yaxın bir neçə ildə Yer kürəsi üçün təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi layihəsini həyata keçirməyə başlayacaq.

Gazette az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə idarənin sədr müavini Vu Yanhua bildirib.

“Biz 14-cü Beşilliyin (2021-2025) sonuna qədər və ya 2025-2026-cı illərdə Yer üçün təhlükə yaradan hər hansı asteroidin yaxın məsafədən müşahidəsi texnologiyalarını sınaqdan keçirməyə çalışacağıq. Onların köməyi ilə biz toqquşma həyata keçirəcəyik, bunun nəticəsində bu göy cismi öz orbitindən kənarlaşdırılacaq”, - o, Çin Mərkəzi Televiziyasına deyib.

ÇMKİ rəhbərinin müavininin sözlərinə görə, Çin planet üçün təhlükə yaradan obyektlər barədə əvvəlcədən məlumat verəcək effektiv yer və kosmos sistemi yaratmağa hazırlaşır. Eyni zamanda çinli mütəxəssislər bu cür göy cisimlərinin yaxınlaşmasının qarşısını ala biləcək texnologiyalar hazırlamağı planlaşdırırlar:

“Beləliklə, Çin bir daha öz töhfəsini verəcək. Bunun vasitəsilə bəşəriyyət asteroidlərin Yer üçün yaratdığı təhlükəyə həqiqətən də qarşı çıxacaq”.

 

 

report

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR