BAKU Azərbaycan
13.03 °C

Fransada quş qripi yenidən yayılmağa başlayıb

Fransanın Dordoni departamentində 15 gün ərzində 37 fermada quş qripi aşkarlanıb.

Gazette az AZƏRTAC-a istinadən bildirir ki, epidemiyanın ilk mənbəyi Qara Periqor (Perigord Noir) bölgəsindəki Sent-Geniyezdə qaz fermasında aşkar olunub.

Dordoni Kənd Təsərrüfatı Palatasının vitse-prezidenti Yanik Frans bildirib ki, aprelin 16-dan yeddi yeni epidemiya mənşəyi aşkara çıxarılıb. Təkcə dünən Kulores eksperimental fermasında 700 qaz kəsilib.

Kənd Təsərrüfatı Palatası vəziyyətin narahatedici olduğunu bildirərək, epizootiya ilə mübarizənin aparılması istiqamətində müvafiq tədbirlər görülməsinin vacibliyini qeyd edib.