BAKU Azərbaycan
15.03 °C

Avropada avtomobil satışları ardıcıl doqquzuncu aydır azalır

Mart ayında Avropa İttifaqının (Aİ) avtomobil bazarında satışlar əvvəlki ilin eyni ayına görə 18,8 faiz azalıb.

Gazette az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.

Bildirilir ki, təchizat zəncirlərindəki problemlər və Rusiya-Ukrayna gərginliyi fonunda baş verənlər qitənin avtomobil sənayesinə mənfi təsir göstərib. Mart ayındakı azalma ilə Avropada avtomobil satışlarında ardıcıl 9 aydır geriləmə qeydə alınır.

Birinci rübdə qitədə yeni avtomobillərin qeydiyyatı isə 10,6 faiz azalıb.