BAKU Azərbaycan
14.03 °C

Bu ölkədə maska rejimi ləğv edilib

İspaniyada qapalı məkanlarda maskadan istifadə sərbəstləşdirilib.

Gazette az APA-ya istinadən bildirir ki, bu gündən etibarən qapalı məkanlarda, ticarət mərkəzləri və mədəni müəssisələrdə maskadan istifadə könüllüdür.

Bununla belə, ictimai nəqliyyat və tibb müəssisələrində maskadan istifadə tələbi qüvvədə qalır.

Qeyd edək ki, İspaniyada maska rejimi 15 may 2020-ci il tarixdə tətbiq edilib.