Nyu-Dehlidə nəqliyyat işçiləri tətil edirlər
Dünya
18.04.2022 / 15:31
Hindistanın paytaxtı Nyu-Dehli şəhərində taksi, mikroavtobus və avtorikşa sürücülərinin həmkarlar ittifaqları sıxılmış təbii qaz (CNG ) qiymətlərinin artmasına etiraz olaraq tətil keçirir. Tətil iştirakçıları yanacaq qiymətlərinin artması səbəbindən daşıma qiymətləri üçün müəyyən edilmiş tariflərə yenidən baxılmasını tələb edirlər.
Gazette az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.
Xatırladaq ki, son bir ildə Hindistanda CNG qiymətləri 60% artsa da, taksi tarifləri 2015-ci ildən sonra dəyişdirilməyib.
Mətbuatın məlumatına görə, Nyu-Dehlidə ictimai nəqliyyat sahəsində 80 mindən çox taksi, həmçinin 90 mindən çox mikroavtobus və atvorikşa qeydiyyatdan keçib.
report
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay