BAKU Azərbaycan
19.03 °C

İstanbulda zəlzələ olacağı təqdirdə ən çox zərər çəkəcək rayonlar açıqlanıb

İstanbulda 7,5 bal gücündə zəlzələ olacağı təqdirdə şəhərin daha çox Fatih, Bayrampaşa, Güngören, Avcılar, Zeytinburnu, Esenyurt, Bahçelievler, Küçükçekmece, Beylikdüzü, Esenler, Bakırköy, Bağcılar, Büyükçekmece rayonları zərər çəkəcək.

Gazette az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin Zəlzələ risklərinin idarə edilməsi və yenidənqurma şöbəsinin müdiri Özlem Tut danışıb.

Onun sözlərinə görə, 7,5 bal gücündə zəlzələ ssenarisində 91 min 81 bina ağır və ya orta ağır səviyyədə, 167 min 116 bina isə orta səviyyədə zərər çəkəcək.