BAKU Azərbaycan
16.03 °C

ABŞ-ın daha iki teleşirkəti Rusiyadan yayımı dayandırıb

ABŞ-ın “CBS News” və “ABC News” telekanalları Rusiyadan yayımını dayandırıb.

Gazette Az TASS-a istinadən xəbər verir ki, bu barədə teleşirkətlərin nümayəndələri bildirib.

“CBS News” hazırda Rusiyadan xəbər yayımı etmir. Biz hadisələri KİV üçün yeni qanunlar əsasında izləyirik”, - CBS açıqlamasında qeyd edib.

“Rusiyada senzura haqqında yeni qanuna əsasən qərbin informasiya şəbəkələri bu ölkədən yayımı dayandırıb. Onlardan biri də ABC News-dur”, - ABC-dən bildirilib.

Bir müddət əvvəl ABŞ-ın CNN teleşirkəti və “Bloomberg” agentliyinin jurnalistləri də Rusiyadan yayımı dayandırdıqlarını bəyan ediblər.

Qeyd edək ki, martın 4-də Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Silahlı Qüvvələrinə münasibətdə yalan informasiya yayanların cinayət məsuliyyətinə cəlb olunacaqları haqqında qanun imzalayıb.