BAKU Azərbaycan
17.03 °C

Böyük Britaniya kraliçası ukraynalı qaçqınlara yardım edib

Böyük Britanyanın kraliçası II Yelizavet Ukraynanın Fövqəladə vəziyyət üzrə komitəsinin yaratdığı qaçqınlara yardım fonduna “səxavətli ianə” verib.

Gazette Az xəbər verir ki, məlumatı “The Daily Telegraph” yayıb.

Bildirilib ki, Böyük Britaniya hökuməti komitəyə mülki şəxslər üçün 20 milyon funt sterlinq məbləğində ianə verəcəyini vəd edib.

Məlumata görə, kraliça II Yelizaveta komitənin müraciətinə əsasən, Rusiya ilə münaqişə nəticəsində ziyan çəkən Ukraynanın dinc sakinlərin ianə verəcək. Xeyriyyə cəmiyyəti kraliçaya qurumun işini dəstəklədiyi üçün təşəkkürünü bildirib.