"Bu, çox təhlükəli virusdur"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı ölüm hallarının artması barədə təşviş doğuran xəbərlər alır.

Gazette  bildirir ki, ÜST-nin rəhbəri Tedros Gebreyesus bu fikri Cenevrdə keçirdiyi brifinqdə söyləyib. O, ölkələri arxayınlaşmamağa çağırıb, xatırladıb ki, "omikron" ştamının aşkar edilməsindən keçən son 10 həftə ərzində dünyada 90 milyon nəfər bu virusa yoluxub.

ÜST mütəxəssisləri ölüm hallarının artmasını onunla izah edirlər ki, çoxları bu ştamın təhlükəli olmamasını düşünərək arxayınlaşıblar. Onların fikrincə, peyvənd varsa, artıq ehtiyat tədbirlərinə riayət etmək zəruri deyil. Tedros Gebreyesus xəbərdarlıq edir: "Heç bir ölkə pandemiyaya tam qalib gəldiyini bəyan etməməlidir. Bu, çox təhlükəli virusdur. Hazırda ÜST "omikron"nun dörd mutasiyasını izləyir".

Doktor Tedros Gebreyesusun sözlərinə görə, virusun yeni mutasiyalarını izləmək çox vacibdir. O deyib: "Əgər biz virusun özünü necə apardığını bilməsək, ona qarşı necə mübarizə aparmaq lazım olduğunu da bilməyəcəyik. Virus təkamül prosesindədir. Ona görə vaksinlər də dəyişməlidir, çünki hər hansı yeni mutasiya peyvəndlə təmin olunmuş qorunmanı üstələyə bilər".

ÜST-nin fövqəladə hallar proqramının icraçı direktoru Mayk Rayan deyib: "Hər bir ölkə öz formulunu axtarmalıdır. Başqalarının təcrübəsini, onların strategiyasını öyrənmək olar, lakin onların hərəkətlərini olduğu kimi təkrar etməyə dəyməz".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR