Yunanıstanda güclü qar səbəbindən qeyri-iş günü elan edilib

Yunanıstanı iflic etmiş güclü qar səbəbindən yanvarın 25-i ölkədə qeyri-iş günü elan edilib.

Gazetteaz TASS-a istinadən xəbər verir ki, bu barədə iqlim böhranı və mülki müdafiə məsələləri üzrə nazir Xristos Stilianidis brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları, təhlükəsizlik xidmətləri, Silahlı Qüvvələr, səhiyyə müəssisələri və ictimai nəqliyyatda çalışan şəxslərdən başqa bütün dövlət orqanlarının əməkdaşları işləməyəcək.

Bundan əlavə, ölkədə təhsil müəssisələri, uşaq bağçaları, uşaq mərkəzləri bağlanacaq, distant təhsil həyata keçirilməyəcək.

Özəl müəssisələrin fəaliyyəti də birgünlük dayandırılacaq. Yalnız ərzaq mağazaları, əczaxanalar və digər səhiyyə strukturları, yanğınsöndürmə məntəqələri, həmçinin pis hava şəraiti ilə mübarizə ilə məşğul olan təşkilatlar çalışacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR