Münhendə nəqliyyat tıxaclarına görə vergi tətbiq edilə bilər

Münhen şəhərinin hakimiyyət orqanları nəqliyyat tıxaclarına görə ödəniş tətbiq olunması məsələsini fəal müzakirə edirlər. Lakin Bavariya paytaxtının və ətraf bölgələrin sakinləri bu ideyanı, əlbəttə, xoşlamırlar. Hər kəs əlavə xərc çəkmədən öz avtomobilində rahat getmək istəyir. Yanacağın qiyməti rekord səviyyəyə çatdığı indiki vaxtda sakinlərin bu mövqeyi heç də təəccüblü deyil.

Gazetteaz bildirir ki, Münhen şəhər şurasındakı siyasi çoxluq, - sosial-demokratlarla koalisiya şəraitində şəhəri idarə edən "Yaşıllar", - tıxaclara görə ödəniş tətbiq olunmasının tərəfdarıdır. Bu qərar qəbul ediləcəyi halda daxili halqa hüdudunda getmək istəyən avtomobil sahibləri gündə 6-8 avro ödəməli olacaqlar.

Nəqliyyat tıxaclarına görə vergi işə avtomobillə gedən sıravi almanların ciblərinə ciddi ziyan vuracaq. Şəhərətrafı bölgələrdə yaşayanların işi daha çətin olacaq.

Bu yaxınlarda şəhərdə kollaps yarananda Münhendə həyatın sanki "donmasından" sonra bu mövzu aktuallaşıb. Ümumiyyətlə, Bavariyanın paytaxtı həm də Almaniyada "avtomobil tıxacları paytaxtı" hesab edilir. Rəy sorğusunun nəticələri göstərib ki, şəhər sakinləri tıxaclarda hər il orta hesabla 79 saat vaxt itirir. Rəyi soruşulmuş 1100 nəfərin 60 faizi şəhərdə, 40 faizi isə Münhendən 50 kilometrə qədər məsafədə yaşayır. Respondentlərin yarısı Münhendə avtomobil tıxaclarına görə ödəniş tətbiq edilməsinin əleyhinə, 41 faizi bu təklifin lehinə olduğunu bildirib, rəyi soruşulanların 9 faizi isə bu barədə şəxsi fikri olmadığını söyləyib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR