BAKU Azərbaycan
15.03 °C

Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub

Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan olunub.

GAZETTE Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Nur-Sultanda fövqəladə vəziyyət 2022-ci il yanvarın 5-i yerli vaxtla saat 16:00-dan 19 yanvar saat 00:00-a qədər qüvvədə olacaq.

Paralel olaraq, şəhərdə gecə saat 23:00-dan səhər 07:00-a qədər komendant saatı elan olunub.