BAKU Azərbaycan
8.03 °C

Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirib

Tükiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın bir neçə böyük şəhərlərində genişmiqyaslı etirazlara dair bəyanat yayıb.

GAZETTE xəbər verir ki, sənəd Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb.

“2-3 yanvar 2022-ci il tarixlərində Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını yaxından izləyirik. Biz dost ölkə Qazaxıstanın sabitliyinə, qardaş qazax xalqının sülh, əmin-amanlığına önəm veririk. Qazaxıstan administrasiyasının bu böhrandan çıxacağına tam inanırıq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, hadisələr tez bir zamanda sakitləşəcək. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza tezliklə şəfa diləyirik.”,- bəyanatda deyilir.