BAKU Azərbaycan
23.03 °C

Mövlud Çavuşoğlu Əmirxan Muttaki ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda Əfqanıstan xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki ilə görüşüb.

Bu barədə M.Çavuşoğlu “Twitter” səhifəsində paylaşım edib.

M.Çavuşolu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində keçirilən görüşdə gündəmdəki məsələlər müzakirə edilib.