BAKU Azərbaycan
25.03 °C

Malidə partlayış nəticəsində 7 BMT sülhməramlısı həlak olub

Malidə magistral yolda kustar üsulla düzəldilmiş bombanın partlaması nəticəsində BMT-nin sabitləşdirmə missiyasının 7 sülhməramlısı həlak olub, daha 3-ü ağır yaralanıb.

Bu barədə missiyanın “Twitter” səhifəsində məlumat verilib.

Qeyd edilib ki, BMT sülhməramlılarının avtomobil karvanı Duenza-Sevara marşrutu ilə hərəkət edərkən Bandiaqara şəhəri yaxınlığındakı RN16 şosesində partlayıcı qurğu ilə işə salınıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.