BAKU Azərbaycan
15.03 °C

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

“Fevral ayında Türkiyədən böyük bir heyətlə Abu-Dabiyə səfərimiz planlaşdırılıb”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə iki günlük səfərindən öncə hava limanında jurnalistlərin sualların cavablandırarkən bu barədə bildirib.

Ərdoğan deyib ki, Türkiyə bütün körfəz ölkələri ilə əməkdaşlığı daha da gücləndirmək niyyətindədir:

“Səfərimiz çərçivəsində istər Türkiyədə qoyulan sərmayələr, istərsə də Birləşmiş Ərərb Əmirliklərində türk iş adamlarının yatırdığ sərmayələr və gələcəkdə də yatırılacaq sərmayələr müzakirə olunacaq”.