BAKU Azərbaycan
17.03 °C

Lavrov Stokholmda ABŞ dövlət katibi və Türkiyə XİN başçısı ilə görüşlər keçirəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT xarici işlər nazirləri Şurasının İsveçin paytaxtı Stokholm şəhərində təşkil olunacaq iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Lavrovun dekabrın 2-3-də Stokholmda ATƏT XİN başçıları Şurasının iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşlər keçirəcəyini söyləyib: “Bundan başqa Rusiya XİN başçısı ATƏT-in fəaliyyətdə olan sədri, İsveç, İspaniya, Macarıstan və digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək”.