BAKU Azərbaycan
18.03 °C

Bolqarıstanda keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlandı

Bolqarıstanın Mərkəzi Seçki Komissiyası noyabrın 21-də keçirilmiş prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, ölkənin hazırkı prezidenti Rumen Radev seçkinin qalibi elan edilib.

Seçicilərin 66.72%-nin (1.5 milyon nəfərdən çox) məhz Radev və vitse-prezident İliyana Yotovaya səs verdikləri bildirlib.

Dövlət başçısı Bolqarıstanın cənubundakı Kırcalı bölgəsi istisna olmaqla, bütün regionlarda səs çoxluğu qazanıb.