
Reklam
13 Noyabr 2021, 18:46
2000
Tbilisidə Saakaşvilinin tərəfdarları aksiya keçirir
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları paytaxt Tbilisidə növbəti etiraz aksiyası keçirir.
Gürcüstan parlamentinin binası qarşısına toplanan müxalifət tərəfdarları həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsini tələb edirlər.
Aksiya səbəbi ilə parlament binasının qarşısında Ş. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, etirazçılar arasında saxlanılanların olduğu bildirilir. Əraziyə çox sayda polis cəlb edilib.
Xatırladaq ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə saxlanılan M. Saakaşvili keçirdiyi aclıq aksiyası səbəbi ilə noyabrın 8-də Qldani penitensiar xəstəxanasına yerləşdirilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





