BAKU Azərbaycan
14.03 °C

Səudiyyə Ərəbistanında dünyada ilk "uçan muzey" açılıb

Səudiyyə Ərəbistanında qeyri-adi "uçan muzey" - arxeoloji tapıntıların nümayiş olunduğu təyyarə uçuşları təşkil olunur.

 

Muzeyin unikallığı ondan ibarətdir ki, belə bir şey dünyanın heç bir yerində yoxdur. Ziyarətçilər Mədinə yaxınlığındakı qədim yaşayış məskəni Əl-Uluya uçarkən göyərtədə sərgiyə baxa bilərlər.

Bundan əlavə, uçuş zamanı ziyarətçilər Səudiyyə Ərəbistanının qədim abidələri və göyərtədə olan artefaktların tarixi haqqında sənədli filmə baxa biləcəklər.

Əl-Ula Məsələləri üzrə Kral Komissiyasının Baş Marketinq Direktoru Filip Cons bildirib ki, təyyarədə olan muzey bölgədəki arxeoloji işlərə diqqəti cəlb edə və müxtəlif ölkələrdən turistləri cəlb edə bilər.