Erməni hərbçilərin meyitləri morqda çürüyür, valideynləri götürmür

Müharibədən bir il ötsə də, Ermənistanda morqlardakı hərbçi meyitləri və qalıqları hələ də dəfn edilməyib.

 

Bu barədə Ermənistanın Armavir Məhkəmə Ekspertiza mərkəzi məlumat yayıb.

Bildirilir ki, bu morqdakı 100 erməni hərbçisinin meyiti və qalıqları hələ də dəfn edilməyib:

"Polietilen torbaların üzərində ölənlərin genetik kodları yazılıb. Bu cəsədlərin ad və soyadları bilinir. Kimlikləri müəyyənləşdirilib".

Armavir Məhkəmə Ekspertiza mərkəzinin əməkdaşı Sergey Abqaryan bildirir ki, meyit və qalıqlardan götürülən genetik nümunələr onların yaxınları və doğmaları ilə üst-üstə düşür:

"Kimlikləri bəlli olsa da, bu meyitlər sahibsiz qalıb. Ata-anaları onları dəfn etməkdən boyun qaçırırlar. İmtinanı DNT cavablarına inanmamaqla izah edirlər. Bəzilər isə meyitin qalan hissələrinin də tapılıb gətirilməsini gözləyirlər. Ölən hərbçilərin yaxınları bizə deyirlər ki, tapılan hissə 5 sm-lik bir sümükdür. Bəlkə, başqa hissələr də tapılacaq. Onda aparıb birlikdə bir qəbirdə basdırarıq".

Qeyd olunub ki, bu morqda DNTK-ləri üst-üstə düşməyən və ya yandığı üçün DNT nümunəsi götürmək mümkün olmayan cəmi bir neçə meyit var:

"Bir qrup valideyn də analizə qan verməkdən imtina edir. Onlar öz övladlarının ölmədiyinə, əsir düşdüklərinə inanırlar. Valideynlər deyirlər ki, onların oğulları sağdır, əsirlikdədirlər, qayıdacaqlar".

Dəfn edilməyən meyitlərlə bağlı Ermənistan Səhiyyə Nazirliyindən bildirilib ki, yaxınları sahib çıxmasa belə, meyitləri dövlət dəfn edəcək.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR