BAKU Azərbaycan
18.03 °C

Dünyanın ən böyük narkobaronlarından biri saxlanılıb

Kolumbiyanın xüsusi xidmət orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat zamanı ölkənin və dünyanın ən güclü narkokartellərdən olan “Körfəz klanı”nın başçısı Dairo Antonio Usuq ələ keçirilib.

“Otoniel” ləqəbli narkobaronun saxlanılması zamanı 22 helikopter və 500-ə yaxın güc strukturlarının nümayəndələri iştirak edib. Əməliyyat zamanı 1 hərbçinin həlak olduğu qeyd olunur.

Dairo Usuqun saxlanılmasına münasibət bildirən Kolumbiya Prezidenti İvan Duq onun həbsini 1993-cü ildə dünyanın ən güclü narkobaronu hesab edilən Pablo Eskobarın ölü olaraq ələ keçirilməsi ilə eyniləşdirib.

Qeyd edək ki, “Körfəz klanı” cinayətkar karteli Kolumbiyada və ölkə xaricində narkoticarətlə yanaşı, insan qaçaqmalçılığı və alveri kimi qeyri-qanuni işlərlə məşğuldur.

Xatırladaq ki, ABŞ höküməti Dairo Usuqun yerinə deyən şəxsə 5 milyon dollar dəyərində mükafat təyin etmişdi.