BAKU Azərbaycan
14.03 °C

İtaliya voleybol üzrə Avropa çempionu oldu

Dörd ölkənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

GAZETTE xəbər verir ki, çempionatın sonuncu, final qarşılaşmasında təşkilatçı ölkə Serbiya millisi ilə İtaliya yığması üz-üzə gəlib.

Belqradda baş tutan və dörd set davam edən matç İtaliyanın qələbəsi ilə başa çatıb. “Buzovlar ölkəsi” rəqibinə 1-3 (26-24; 22-25; 19-25; 11-25).

Üçüncü yer uğrunda keçirilən Türkiyə – Niderland qarşılaşmasında qardaş ölkə voleybolçuları “narıncılara” 3-0 (25-20; 25-19; 25-23) hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib olublar.