BAKU Azərbaycan
18.03 °C

Tennessi ştatında daşqınlar 22 nəfərin həyatına son qoyub

ABŞ-ın Tennessi ştatında şiddətli yağışların təsiri ilə yaranmış sel daşqınları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

GAZETTE xəbər verir ki, ştat rəsmiləri 45 nəfərin itkin düşdüyünü bildiriblər.
Daşqınlardan ən çox ziyan çəkən Humfreys, Hyuston, Hikmən kimi şəhərlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Təbii fəlakətə məruz qalan ərazilərdə yerli vaxtla saat 20:00-dan sonra küçəyə çıxmaq qadağası qoyulub.

Bölgədə xilasetmə əməliyyatları davam etdirilir.