BAKU Azərbaycan
19.03 °C

Türkiyədə Rusiyaya məxsus amfibiya təyyarə qəzaya uğrayıb

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.

Gazette.az xəbər verir ki, qəza nəticəsində təyyarənin göyərtəsində 5-i Rusiya hərbçisi və 3-ü Türkiyə nümayəndəsi olmaqla bütün ekipajı üzvü həlak olub.

Rusiya Müdafiə Nazirliyi tərəfindən təyyarənin Adana istiqamətində eniş zamanı qəzaya uğradığı təsdiqlənib və hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndəriləcəyi bildirilib.