Aqşin Fatehin daha bir restoranı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb.

Bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb.

Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Həmin uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb.

Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.

Xatırladaq ki, paytaxtın Azadlıq prospekti, 231 ünvanında yerləşən "By Fateh" restoranının fəaliyyəti dayandırılmış və onun qapısı möhürlənmişdi.

SON XƏBƏRLƏR

Bu 3 ayda doğulan insanlar təklikdə daha xoşbəxt olur

Limonlu çayı hər gün içmək orqanizmə necə təsir edir?

Plovun dənəvər alınması üçün yol verilən əsas səhvlər

Aqşin Fatehin daha bir restoranı bağlandı

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu

Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı

Prezident İlham Əliyev Trampa təşəkkür edib

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq keçirilib

ADY-nin Müşahidə Şurasına yeni üzv təyin olundu

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

"ASAN xidmət" və IDEA “Bir arzu, bir fidan” layihəsini reallaşdırıb

Pirotexniki vasitələr aşkar edilib

Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb

YAP-ın müasir siyasi strategiyası və Azərbaycanın gələcək inkişaf prioritetləri

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

BÜTÜN XƏBƏRLƏR