
ATU əməkdaşlarının layihəsi “Əsas Qrant Müsabiqəsi – 2026”-nın qalibi olub
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzinin əməkdaşlarından ibarət müvəqqəti yaradıcı kollektivin təqdim etdiyi elmi layihə Azərbaycan Elm Fondunun elan etdiyi “Əsas Qrant Müsabiqəsi – 2026”-nın qalibləri sırasında yer alıb.
“A2780 xərçəng hüceyrə xəttinə qarşı yeni peptid rabitəsi daşıyan vasitələrin yaradılması və tədqiqi” adlı layihə AEF-MGC-2026-1(60)-3072 nömrəsi ilə müsabiqəyə təqdim olunub.
Layihənin rəhbəri ATU-nun Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Fuad Rzayevdir. Layihənin icraçıları isə Elmi Araşdırmalar Mərkəzinin direktoru, tibb elmləri doktoru, dosent Orxan İsayev, eləcə də şöbənin əməkdaşları Rüstəm Allahverdiyev və Sevinc Allahverdiyevadır.
Qeyd edək ki, “Əsas Qrant Müsabiqəsi – 2026” çərçivəsində ümumilikdə 192 layihə təqdim olunub. Ekspertiza nəticələrinə əsasən, Azərbaycan Elm Fondunun Müşahidə Şurasının qərarı ilə onlardan 22-si qalib elan edilib.
ATU əməkdaşlarının layihəsinin müsabiqənin qalibləri sırasında yer alması universitetin elmi tədqiqat fəaliyyətinin inkişafı və biotibb sahəsində yeni elmi istiqamətlərin araşdırılması baxımından əhəmiyyətli nəticədir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





