Azərbaycana qarşı terror çağırışlarında şübhəli bilinən 3 Rusiya vətəndaşı axtarışa verilib

Azərbaycan Baş Prokurorluğu Rusiya Federasiyasının üç vətəndaşı – jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti kimi təqdim olunan Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində axtarış elan edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

İstintaqla Knyazev, Uralov və Çadayevin 14 iyul 2026-cı ildə “YouTube” platformasındakı “Семён Уралов” kanalında yayımlanan “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiqinə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlar etdiklərinə əsaslı şübhələr müəyyənləşdirilib.

Bildirilib ki, həmin şəxslərin avqustun 13-də eyni kanalda yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə də əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlar Azərbaycan hüdudlarından kənarda olduqları üçün barələrində axtarış elan edilib və məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edib. Eyni zamanda, onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlərin görüldüyü bildirilib.

Baş Prokurorluq bəyan edib ki, Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş qanunsuz əməllərlə bağlı milli qanunvericiliyə və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun hüquqi tədbirlər davam etdiriləcək.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR