Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

“NovaMed” klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər”.

Bu barədə “Qafqazinfo”ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.

Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsində istintaq tədbirləri görülərkən “NovaMed”i rəfiqəsinin adına açıb və rəhbərliyi şəxsən özü edib: “Mən 2024-cü ilin sentyabrında orada işə başladım. İşi təhvil verəndə ödənişimin yarısını etdilər, amma 1020 manatımı kəsdilər. Dəfələrlə klinikaya getdim, Ülviyyə xanım mənə deyirdi ki, işi Etibarla danışmısan, pulu ondan al. Etibar Ülviyyənin sağ əli idi. Etibar da deyirdi ki, mənə nə qədər pul veribsə, mən də sənə o qədər ödəyə bilirəm. Beləcə, işi bir-birlərinin üstünə atıb, pulumu ödəmədilər. Ülviyyə xanım həbs olunsa belə, bütün heyəti hazırda həmin klinikada çalışır”.

Məsələ ilə bağlı “NovaMed” klinikasına sorğu ünvanladıq. Cavab belə oldu: “Onun bizə aidiyyəti yoxdur axı. Usta ilə Ülviyyə xanım və Etibar bəy danışıblar. Ustanı “NovaMed” klinikası çağırtdırıb iş gördürməyib. Bundan əlavə, artıq nə Ülviyyə xanım, nə də Etibar bəy buradadır. Məsələn, burada işləyən bir həkim öz otağını təmir etdirmək istəyirsə, ödənişi özü etməlidir, klinika yox”.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə saytımıza bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Xidmətə müraciət daxil olmayıb: “Məsələnin araşdırılması üçün vətəndaşın Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada müraciət etməsi tövsiyə olunur”.

Qeyd edək ki, Ülviyyə İlyasova qanunsuz tibbi fəaliyyəti ilə bağlı bu il aprelin 8-də həbs edilib. Məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.

Ü.İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bundan başqa, o, qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyova Sabir qızının səhhətinə də zərər vurub. 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR