“Arzum 999”un məhkəməsində yeni qərar

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Gazette.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib.

Məhkəmə tərkibi etirazın baxılmamış saxlayıb. Daha sonra prosesdə zərərçəkmiş Muradova Sənubər ifadə verib. O bildirib ki, hadisədən qabaq yoldaşı ilə marketdən qayıdırmışlar:

"Qarşımızda maşın var idi. Biz dəfələrlə uzaq işıqla yol istədik. Sonra bu hadisə baş verdi. Qəzadan sonra eşitmə qabiliyyətimi itirmişəm. Təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirə məruz qalmışam. Xahiş edirəm ədalətli qərar verəsiniz".

Daha sonra şahid qismində İlham İbrahimov dindirilib:

"Hadisə vaxtı "Bravo" mağazası tərəfdə idim. Həmin an qəza səsini eşitdim, maşınımla o tərəfə getdim. Mən ora yaxınlaşanda İlduzə xanımın maşını yolun ortasında dayanmışdı. İlduzə xanım özündən getmişdi. Onu maşının arxa oturacağında əyləşdirdik. Yanındakı şəxlər məndən onu xəstəxanaya aparmağımı xahiş etdilər. Mən də xəstəxanaya apardım. İlduzə xanım xəstəxanada təxminən 30 dəqiqə qaldı. Sonra onları evə apardım".

Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlandığını elan edib.

Müdafiə vəkilləri məhkəmədən qəzanın cüzi sürtünmə və ya sürətlə idarə olunmasına görə baş verməsinin araşdırılması, həmçinin kompleks avtotexniki ekspertizanın təyin olunmasını xahiş ediblər.

Vəsatət təmin olunub, ekspertiza rəyi təqdim olunana kimi prosesin qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə "Arzum" cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı "Changan" markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR