Günəşdə yeni iri hidrogen buludları müşahidə edilib: Yerə təsir edəcək?

Günəşin görünən tərəfində bir neçə iri protuberans əmələ gəlib.

Gazette.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdindəki Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında paylaşıb.

"Ulduzun səthində bir neçə böyük ölçülü protuberans - tünd rəngli liflər izlənilir. Hər bir belə lif əslində soyuq hidrogen kütləsindən təşkil olunmuş sıx və nəhəng buluddur. Adətən, bütün böyük protuberansların aqibəti eyni ssenari üzrə yekunlaşır - onlar Günəşdən ayrılaraq yüksək sürətlə kosmik fəzaya atılır", - deyə məlumatda vurğulanıb.

Belə bir atılma anını əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir. Alimlər qeyd ediblər ki, protuberansların davranışının proqnozlaşdırıla bilməməsinə baxmayaraq, hazırkı mövqelərinə əsasən onların trayektoriyası planetlərlə toqquşmanı praktiki olaraq istisna edir. Yəni buludlar Yerdən yan ötəcək.

Günəşdəki digər fəallıqlara gəlincə, hazırda izlənilən ləkə qrupları və aktiv zonalar nisbətən zəif təsir bağışlayır. Lakin onların da daxilində müəyyən qədər enerji ehtiyatı mövcuddur və bu potensial "M" sinfinə aid alışmalar yaratmaq gücündədir.

Bildirilir ki, növbəti həftə ərzində geomaqnit mühitinin sabit olacağı gözlənilir. Qarşıdan gələn günlər üçün verilən geomaqnit proqnozları "yaşıl" (təhlükəsiz) səviyyədədir.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR