4 günlük iş həftəsi ilə bağlı qərar: Kimlərə şamil olunacaq?

Son vaxtlar dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı müzakirələr genişlənib. Bu fonda Azərbaycanda da sentyabr ayından etibarən belə bir sistemin tətbiq olunub-olunmayacağı maraq doğurur.

Görəsən, ölkədə 4 günlük iş həftəsinə keçid realdırmı?

Gazette.az xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir model nəzəri baxımdan mümkün olsa da, onun bütün sahələrə şamil edilməsi məqsədəuyğun deyil.

Deputatın sözlərinə görə, 4 günlük iş həftəsi daha çox dövlət qurumlarında tətbiq olunacaq:

“Özəl sektorun buna yönəlməsi problemlərin yaşanmasına gətirib çıxara bilər. Azərbaycanda özəl sektorun sabit iş rejimini qurması çox çətindir. Bir bazar günü belə fasiləsiz işləməsə, mənfəət əldə etmək bir yana qalsın, müəssisələr və biznes subyektləri borclu vəziyyətdən çıxmaqda çətinlik çəkərlər. Ona görə də bu model dövlət müəssisələri üçün düşünülə bilər. Amma bütövlükdə özəl sektora aid edilməsi həmin sahədə ciddi sıxıntılar yaradacaq.”

Beləliklə, deputatın fikrincə, Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi tamamilə istisna olunmasa da, bu modelin ilk növbədə dövlət sektorunda nəzərdən keçirilməsi daha real görünür.

Özəl sektorda isə iqtisadi reallıqlar və müəssisələrin fəaliyyət xüsusiyyətləri nəzərə alınmadan belə bir qərarın verilməsi məqsədəuyğun hesab edilmir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR