“Vətəndaş məmnunluğu Prezidentin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir”

Daxili işlər orqanlarının həyata keçirdiyi istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin  93,9 faizinin üstü açılıb.

Bu Daxili İşlər Nazirliyinin (DİN) ilin birinci rübünün yekununa həsr edilmiş hesabatında əks olunub.

Hesabatda bildirilib ki, polis prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3.013 cinayətin üstünü açıb, eləcə də 4.474 hüquqazidd əməlin qarşısı alınıb. Bundan başqa müxtəlif cinayətlər törətmiş 6.887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan  4.282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub. Ümumilikdə isə axtarış işinin nəticələri 3 faiz yaxşılaşaraq 82,7 faizə yüksəlib.

Nazir general-polkovnik Vilayət Eyvazov iclasda xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini deyib.

Vilayət Eyvazov yekun nitqində vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladıb, polislərdən müraciətlərə baxılması və vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR